Abşeronda Pakistan vətəndaşı ürək çatışmazlığından ölüb.
APA xəbər verir ki, hadisə dünən Mehdiabad qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü Saqlain Muhammad hamam otağında olarkən səhhəti anidən pisləşib və ölüb.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı cinayət işi açılıb.