Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən hadisə ilə bağlı açıqlama yayıb.
Bakuplus.az xəbər verir ki, açıqlamada yol-nəqliyyat hadisəsinin 23 dekabr saat 01:10-da Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 8-ci kilometrliyində qeydə alındığı qeyd edilir:
"1985-ci il təvəllüdlü Elman İlham oğlu Qəmbərov idarə etdiyi "Infiniti" markalı 77-EB-683 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yolu keçən piyada 1980-cı il təvəllüdlü Elçin Elman oğlu Əliyevi vurub. Nəticədə E.Əliyev xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".
Əldə etdiyimiz məlumata görə, E.Əliyev kuryer fəaliyyəti ilə məşğuldur.