top
Ağa Musa Nağıyevin İsveçrə bankındakı pulları niyə əlçatmazdır?
18 noyabr 2024, 00:03
- ↺ +

Ağa Musa Nağıyevin İsveçrə bankındakı pulları niyə əlçatmazdır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bakının 11 milyonçusu  arasında  98 bina tikdirən, 413 milyon pulu olan yeganə şəxs Ağa Musa Nağıyev imiş. Bu mənada milyonçular arasında birincilik qazanıb”.  

Bu sözləri Pravda.az-a müsahibəsində Ağa Musa Nağıyevin nəvəsi, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin təsisçisi, 84 yaşlı Dilarə Ağamusa Nağıyeva deyib.

O, babasının indiyədək İsveçrə bankında qalan milyonları barədə də danışıb:  “Aldığım məlumatlara görə, pullar İngiltərə və İsveçrə banklarındadır. Bu, 90% doğru məlumatdır. Müəyyən sənədlərə görə o pullar hələ də bir az əlçatmazdır...”

Dilarə Ağamusa bildirib ki, o, Ağa Musa Nağıyevin təkcə nəvəsi deyil, həm də tədqiqatçısıdır: “Şollar suyunun Bakıya çəkilmə xərcinin də 75 faizini babam öz üzərinə götürmüşdü. 33 milyona başa gələn “su çəkmənin” 24 milyonunu Ağa Musa Nağıyev ödəyib. 35 imkansız ailənin vəsiyyətinə əməl edərək, onların nəşini Kərbəlaya  göndərib. O, səhiyyəyə, təhsilə də böyük önəm verib. Onun xeyriyyə işləri çox olub, sadəcə, hamısını sadalamaq çətindir. Xeyriyyəçiliyinin sübutudur ki, gənc yaşında dünyasını dəyişmiş oğlu İsmayılın xatirəsinə tikdirdiyi - Bakının tacı sayılan “İsmailiyyə” binasını  ilk Xeyriyyə Cəmiyyətinə hədiyyə edib. Fəxr edirəm ki, məhz Ağa Musa Nağıyev Bakının 11 milyonçusu arasında birincilik qazanıb”.

Ağa Musa Nağıyevin nəvəsi deyib ki, babasının qəbir yeri dörd dəfə dəyişdirilib: “Dövrün “tələbinə” görə Kərbəlada dəfn edilməsi niyyəti ilə Ağa Musa Nağıyevin “əmanət” qəbrinin yeri 3 dəfə: 1919, 1931 və 1938-ci illərdə dəyişdirilib. Nəhayət, 1998-ci ildə onu Biləcəri qəbiristanlığında dəfn etmişik. “İsmailiyyə” binasının maketini məzarı üzərinə qoyulandan düşünürdüm ki, onun məzarüstü  heykəli ucalmalıdır. 2016-cı ildə bu arzuma da çatdım”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər