top
“Ailəm təhsil almağım üçün hicab şərti qoydu” – 9-cu sinifdə ərə verilən Leyla Qasımova ilə ÖZƏL MÜSAHİBƏ
25 mart 2025, 06:21
- ↺ +

“Ailəm təhsil almağım üçün hicab şərti qoydu” – 9-cu sinifdə ərə verilən Leyla Qasımova ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Əmim mənə deyirdi ki, sən bizim ailəmizə yaraşmayan biabırçı hərəkət edirsən. Camaata necə deyək ki, qardaşım qızı xaricdə təhsil alır”.

Bu sözləri Bakuplus.az-a həyatı təhsil sayəsində xilas olan Leyla Qasımova deyib.
Bu gün bir çoxumuz təhsil almağın sadəcə maddi və digər çətin tərəflərini müzakirə edirik. Amma tanımadığımız elə insanlar var ki, onlar məktəbə getmək, ən çətin şəraitdə oxumaq üçün bir çox şeyləri qurban veriblər.

Təhsil almağı xilas yolu hesab edən Nardaran kəndindən olan Leyla Qasımova kimi. O, 26 nömrəli məktəbdə təhsil alıb. Daha doğrusu, 10-cu sinifdə həmin məktəbdən çıxarılaraq ərə verilib və ana olub.

Onun sözlərinə görə, universitetə hazırlaşmağa başladığı zamanlar qarşısına bir çox şərtlər qoyulub:
“1988-ci ildə Bakı şəhərində, Buzovnada doğulmuşam. Babam axund, alim olub. Sovet İttifaqından əvvəl İranda təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra repressiyanın qurbanı olub. Ailə olaraq həm mühafizəkar, həm də qatı dindar olmuşuq. Bu mühitdə böyüməyimə baxmayaraq, orta təhsilimi rus bölməsində almışam.

Övladım 6-7 aylıq idi. Universitetə hazırlaşmağa başladım. Düzdür, təzyiqlər davam edirdi. Heç kim inanmırdı ki, mən oxuyub ali məktəbə daxil ola bilərəm.
Yoldaşım həmin dövrlər bəzi tələblər qoymuşdu. Əgər mən imtahan vermək istəyirəmsə, hər zaman ev təmiz olmalı, uşaq ağlamamalı, yemək hazır olmalıdır. Yalnız bu şəraitdə mən universitet imtahanlarına hazırlaşa bilərdim.

Bütün gecəni səhərə kimi dərs üstündə işləyirdim. 11-ci sinfi Binədə gecə məktəbində oxudum. İmtahana hazırlaşmağım çox qısa müddət ərzində oldu. Bəzi kitabları heç oxumamışdım. Amma istədiyim nəticəni qazana bildim. İmtahan nəticələri televizorda deyildikcə, anam qeyd edirdi. Hər düzgün suala sevinib, qışqırırdım. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul oldum”.

- Qadağalar nələr idi?

"Qadağaların sərhəddi yox idi. Qız mütləq başını bağlamalı idi. Biz evdən başıbağlı çıxırdıq, məktəbin qapısında başımızı açırdıq. Əks təqdirdə məktəbə buraxmırdılar bizi. Bu da bizim üçün müsbət amil idi. Əmimin biri deyirdi ki, “qızın məcburi şəkildə başını bağlaması İslama ziddir”. O biri əmim deyridi “yox, bağlamalıdır”. Elə bir ailə idik ki, təkcə ata-ananın sözü keçmirdi. Bütün əmilər, dayılar bizim üstümüzdə söz sahibi idilər. Yəni bir insanın taleyini bütün nəsil həll edirdi. Yekun qərar bu olmuşdu ki, örtüyü məktəbin qapısında açın, qapıdan çıxanda bağlayın evə gəlin. Rus bölməsində oxuduğumdan mənə başımı bağladığıma görə zarafatla ad da qoymuşdular: “Krutaya monaşka” deyirdilər. Və o gün gəldi, məni təhsil aldığım 26 nömrəli Buzovna orta məktəbindən çıxarıb məcburi ərə verdilər.

2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra məcburi ərə verildim. İstəmədən, zorla, göz yaşlarımla. Günlərlə ağladım məktəbdən ayrıldığıma. Amma ailə quracağım oğlanın ailəsi söz verdi ki, təhsil almağıma icazə verəcəklər”.

Qəhrəmanımız qeyd edir ki, Mançester Universitetinə qəbul olsa da, dayıları buna qarşı çıxıb: “1-ci kursdan sonra ingilis dilini öyrənməyi qərara aldım. Kurs yoldaşlarım xaricdə təhsil haqqında danışanda, evdəki durumu bildiyim halda deyirdim ki, mən də gedəcəm. Daha sonra IELTS imtahanı verdim və yaxşı nəticə qazandım. Bununla da Mançester Universitetinə qəbul oldum.
Bu xəbəri eşidən kimi dayılarım mənim xaricdə təhsil almağıma qarşı çıxdılar. Qarşıma şərt qoydular ki, yalnız hicaba keçsəm, xaricdə təhsil almağa gedə bilərəm.Həm də xaricə getməyim üçün bir miqdar pul lazım idi. Buna görə ailəm rahat idi ki, həmin məbləği tapa bilməyəcəm. Amma mən dövlət proqramına müraciət etdim və qəbul aldım”.

Mənə dedi ki, sən bizim ailəmizə qarşı biabırçı bir hərəkət edirsən...

“Getməyimə 2-3 gün qalmış vidalaşmaq üçün əmimgilə getdim. Mənə dedi ki, sən bizim ailəmizə qarşı biabırçı bir hərəkət edirsən. Məni danışmağa qoymayıb ardınca “Mən qohumlarıma necə deyim ki, qardaşım qızı xaricdə təhsil alır” dedi. Amma İngiltərəyə getdikdən 1 ay sonra əmim mənə yazdı, nəyəsə ehtiyacım olub-olmadığını soruşdu.
Ölkəni tərk edib gedəndə çemodanımda iki ən dəyərli əşyanı özümlə apardım: Quran-i Kərim və dövlət bayrağımız.
Hər zaman bununla bağlı mənə “niyə” sualı verilir. Cavabım isə eyni olur:
Bayrağımızı ona görə apardım ki, təhsildə demokratiyanı mənə dövlətim verib. Quran-i Kərim isə mənim dindar ailədə böyüdüyümün nişanəsidir. Baxmayaraq ki, “Quran” sözünün mənası oxu deməkdir. Lakin hər zaman oxumaq üçün mübarizə aparıb, çətinlik çəkmişəm”.

Leyla Qasımovanın qızı da onunla eyni məktəbdə təhsil alıb: “Orada təhsil aldığım müddətdə müxtəlif beynəlxalq təlimlərə qatıldım. Karyeramı inkişaf etdirmək üçün addımlar atdım. 2015-ci ildə Mançester Universitetinin magistr pilləsini bitirib, ölkəyə qayıtdım. 2019-cu ildən etibarən dünyaca məşhur “Khan Academy Azərbaycan”ın nümayəndəsiyəm.
Mənim qızım da 26 nömrəli məktəbdə təhsil alıb. Hazırda Estoniyanın Texnologiya Universitetində təhsilini davam etdirir. İnanıram ki, mənim qızım da özüm kimi mübariz olacaq”.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Oxşar xəbərlər