Xəzər rayonunda yeni dayanacaq təşkil olunub. Bu haqda 20 sentyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
Vətəndaşların rahatlığını və təhlükəsizliyini düşünərək Bakı Nəqliyyat Agentliyi Albalılıq yaşayış massivində köhnə dayanacağı sökərək yerində yeni müasir dayanacaq quraşdırıb.
Köhnə dayanacaq haqqında Bakuplus.az bundan əvvəl də xəbər vermişdir. Pavilyon daşdan tikildiyi üçün artıq çat vermiş və təhlükə mənbəyinə çevrilmişdir. Bundan əlavə, gözləmə məntəqəsinin içi zibillənmişdir.+
[caption id="attachment_70528" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]