top
Ali Məhkəmədən sahibkarlara XƏBƏRDARLIQ - Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?
08 iyun 2026, 13:41
- +

Ali Məhkəmədən sahibkarlara XƏBƏRDARLIQ - Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?

Beynəlxalq daşınmalar zamanı yükün zədələnməsi və ya məhv olması ilə bağlı mübahisələrdə əsas məsələlərdən biri yük göndərənin və daşıyıcının kimliyinin düzgün müəyyən edilməsidir.

Bakuplus.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, məhkəmənin son qərarlarından birində bu məsələlərlə bağlı mühüm hüquqi mövqe ifadə olunub:

Mübahisənin mahiyyəti

İş üzrə iddiaçı bildirib ki, cavabdeh hüquqi şəxsin sürücüsü ilə əldə olunmuş şifahi razılaşmaya əsasən ona məxsus xurma məhsulu Rusiyaya daşınmalı idi. Daşınma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində məhsul yararsız hala düşüb və iddiaçı vurulmuş zərərin ödənilməsini tələb edib.

Lakin yükün daşınmasına dair rəsmi sənədlərdə - gömrük bəyannaməsində və beynəlxalq yük qaiməsində (CMR) yük göndərən qismində başqa şəxs, daşıyıcı qismində isə hüquqi şəxs göstərilib. Məhz bu ziddiyyət məhkəmə mübahisəsinin əsasını təşkil edib.

Ali Məhkəmə bu qərarında bir daha qeyd edib ki, kommersiya münasibətlərinin spesifik xüsusiyyətləri (daha sistemli, mürəkkəb, gəliryönümli və yüksək riskli olması) bu münasibətlərdən irəli gələn mübahisələrdə sübutetmə standartlarının daha yüksək olmasını zəruri edir. Belə münasibətlərdə adətən "yazılı sübutların prioritetliyi" prinsipi əsas götürülməklə, xüsusilə yazılı sənədlərin (müqavilə və sair) sübut qüvvəsi daha yüksək və etibarlı hesab olunur.

Qeyd olunanlar baxımından yük daşınması müqaviləsindən irəli gələn mübahisələr üzrə tərəflər arasında bağlanmış yazılı müqavilənin, daşıma sənədlərinin, xüsusilə qaimənin hüquqi əhəmiyyəti vurğulanmalıdır. Qanunvericiliyə görə, qaimə əksi sübuta yetirilmədikcə:

- yük göndərənlə daşıyıcı arasında müqavilənin mövcudluğunu;

- yükün daşıyıcı tərəfindən qəbul edilməsini;

- yükün kim tərəfindən göndərildiyini;

- daşıyıcının kim olduğunu təsdiq edən əsas sənəd hesab edilir.

Yük göndərən kim hesab olunur?

Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən dedikdə adından yük göndərilməsi rəsmiləşdirilən şəxs başa düşülür. Başqa sözlə, əgər qaimədə və gömrük sənədlərində müəyyən şəxs yük göndərən kimi göstərilibsə, ilkin hüquqi qiymətləndirmədə məhz həmin şəxs yük göndərən hesab edilir.

Baxılan işdə yük göndərən kimi iddiaçı tələb irəli sürsə də işin materiallarında olan daşıma sənədlərində (gömrük bəyannaməsi və qaimə) yük göndərən qismində, həmçinin yükü alanla bağlanmış alqı-satqı müqaviləsində satıcı qismində başqa şəxsin adı qeyd olunub. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli yükü müvafiq dövlət orqanlarına bəyan etməklə ölkə xaricinə çıxaran və həmin məhsula görə ölkəyə valyuta gətirməli olan şəxs də yük göndərəndir. Bu səbəbdən faktiki münasibətlər barədə yalnız şifahi izahatlarla rəsmi sənədlərin məzmununu kənara qoymaq mümkün deyil.

Bu baxımdan, yükün daşınmasına dair rəsmi sənədlərdə adı qeyd olunan şəxs məhkəmə prosesinə cəlb edilmədən, faktiki yük göndərən olduğunu bildirən iddiaçı ilə həmin şəxs arasındakı münasibətlərin hüquqi xarakteri (təmsilçilik, tapşırıq, komissiya və sair) üzrə hər hansı hüquqi qiymətləndirmə aparılmadan, yalnız tərəflərin izahatları əsasında, rəsmi sənədlərdə adı göstərilən şəxsin bu münasibətlərə hər hansı aidiyyətinin olmaması, formal yük göndərən olması, faktiki yük göndərənin isə iddiaçı olmasına dair gəlinən nəticə mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının, eləcə də MPM-nin 81-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 81-ci maddəsi).

Daşıyıcı kim hesab olunur?

Daşıyıcının müəyyənləşməsi məsələsində də Ali Məhkəmə rəsmi sənədlərə istinadla qeyd edib ki, daşıyıcı kimi göstərilən hüquqi şəxsin statusunu yalnız ehtimal edilən işgüzar praktikalara istinad etməklə inkar etmək olmaz. Məhkəmənin tərəflər arasında konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən "əsaslı şübhələr yaratmayan" sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlidirlər. Bundan sonra mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməklə mübahisəli hala qiymət vermək imkanına malik ola bilər.

Baxılan işdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış, işgüzar praktikanın formalaşmasını təsdiq edən, tərəflərin mübahisələndirmədən məqbul saydığı mötəbər sübutlar təqdim edilməyib.

Ali Məhkəmə nəticə etibarilə belə qənaətə gəlmişdir ki, beynəlxalq yük daşınması ilə bağlı mübahisələrdə yük göndərənin və daşıyıcının müəyyən edilməsi ilk növbədə rəsmi daşıma sənədləri əsasında aparılmalıdır. Həmin sənədlərdə göstərilən şəxslərin hüquqi statusu ilə bağlı zəruri hüquqi qiymətləndirmə həyata keçirilməli və yalnız bundan sonra məsuliyyət məsələsinə qiymət verilməlidir.

Sahibkarlar üçün hüquqi tövsiyələr:

Yük daşınması sahəsində hüquqların effektiv müdafiəsi üçün münasibətlərin düzgün sənədləşdirilməsi əsas şərtdir. Yük daşınması zamanı yalnız şifahi razılaşmalarla kifayətlənmək, sənədlərdə başqa şəxslərin adından istifadə etmək və ya daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsinə diqqət yetirməmək sonradan hüquqların müdafiəsini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Beynəlxalq yük daşınması münasibətlərində hüquqların etibarlı müdafiəsinin əsas təminatı düzgün və şəffaf sənədləşdirmədir.

Son xəbərlər

Xəbər
Bu gün, 13:22

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:42

Sabiq kanal rəhbərinin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş

Xəbər
Bu gün, 12:10

Damı təmir edirdi, yıxılaraq öldü

Xəbər
Bu gün, 11:10

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Xəbər
Bu gün, 10:18

"Bravo"dan yağ oğurlayan şəxs həbs edildi

Xəbər
Bu gün, 09:35

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Xəbər
Dünən, 18:00

Sabah Hövsanda su olmayacaq

Xəbər
Dünən, 17:30

"28 May"da narazılıq yaradan küçə ticarəti yığışdırıldı - YENİLƏNİB

Xəbər
Dünən, 16:49

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi

Xəbər
Dünən, 16:27

Toyundan əvvəl qaçan 17 yaşlı qızın ailəsi nəzarətə götürüldü

Xəbər
Dünən, 15:50

Azərbaycanda bu il 12 erkən evlilik cəhdinin qarşısı alınıb - RƏSMİ

Xəbər
Dünən, 14:50

Qaradağda anbardan 70 min manatlıq oğurluq

Xəbər
Dünən, 13:55

Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

Xəbər
Dünən, 13:53

"Həzi Aslanov"da küçə alverindən sonra biabırçı mənzərə" - ŞİKAYƏT

Xəbər
Dünən, 13:00

Bakıda hoteldə ŞOK OLAY: kişinin ürəyi dayandı

Xəbər
Dünən, 12:39

Leysan olacaq, şimşək çaxacaq

Xəbər
Dünən, 12:08

Ağır qəza keçirən Xalq artistinin SON DURUMU

Xəbər
Dünən, 10:44

Müəllimlərin MAAŞI ARTACAQ - bu imtahandan sonra

Xəbər
Dünən, 10:14

Evə sərxoş gələn qardaşını döydü - "Anamın üzərinə hücum çəkdi"

Xəbər
Dünən, 09:35

Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Xəbər
30 avqust 2026, 21:00

31 avqust – 6 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
30 avqust 2026, 20:03

Cem Yılmaz xəstəxanadan paylaşım etdi

Xəbər
29 avqust 2026, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
29 avqust 2026, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
29 avqust 2026, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
29 avqust 2026, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
29 avqust 2026, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
29 avqust 2026, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Oxşar xəbərlər