Paytaxtın Sabunçu rayonunda qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib. Bu haqda bu gün, 6 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Keçirilən reyd zamanı 13 məntəqədə qanun pozuntuları aşkarlanıb:
- Maştağa qəsəbəsi, Buzovna yolunda - 2 məntəqə
- Maştağa qəsəbəsi, H. Heybətov küçəsində - 1 məntəqə
- Maştağa qəsəbəsi, Maştağa-Nardaran yolunda - 2 məntəqə
- Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Binəqədi şosesində - 3 məntəqə
- Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi ilə Məşədi Adil küçəsinin kəsişməsində - 1 məntəqə
- Kürdəxanı qəsəbəsi, Tofiq Tağızadə küçəsində - 1 məntəqə
- Pirşağı qəsəbəsi, Qızılqum ünvanında - 1 məntəqə
- Pirşağı qəsəbəsi, Qurtuluş küçəsi - 2 məntəqə
Aşkarlanan faktlarla bağlı obyekt sahiblərinə xəbərdarlıq edilib, onlarla profilaktik söhbətlər aparılıb. Heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.
Bundan əvvəl, 31 dekabr tarixində həmin rayonda 13 heyvan kəsimi məntəqəsində qanun pozuntuları aşkarlanmışdır.