Avropada işlə təmin etmək adı ilə 171 nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Sevinc Əliyeva və Kamil Curayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.аz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Kamil Curayevin vəkili müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası 21 yanvar tarixinə təyin edilib.