Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bakuplus.az xəbər verir ki, bu vəzifə Vəli Məmmədova həvalə edilib.
Bundan öncə o, “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib. 2011-2016-cı illərdə isə “Azercell” şirkətində çalışıb.