Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişikliklər edilib.
Bakuplus.az AYNA-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində sürücülərin narazılığına səbəb olan qoşa xətt silinir və qırıq xətlə əvəz edilir.
Qeyd edək ki, artıq Sabunçu yol qovşağı istiqamətində işlər bitib. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib. Gecə görülən işlərə onlarla əməkdaş cəlb olunub.