top
Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı - “Nəzarət etməli idi…”
18 noyabr 2024, 03:47
- ↺ +

Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı - “Nəzarət etməli idi…”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin sabiq şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir.

Qafqazinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev işdə adı keçən bəzi şəxslərin dindirilməsini istəyib.

Onlardan birincisi isə mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. A.Rəhimov cinayət baş verən dövrdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin rəhbəri işləyib. Amma bu işin istintaqı zamanı onun barəsində cinayət işi başlanmasından imtina edilib.

Müttəhim hesab edir ki, Arif Rəhimovun onun gördüyü işlərin hamısından xəbəri var. Xaricdə yerləşən şirkətlərin ona aid olub-olmamasından məlumatlıdır. Onun vəkili bu məsələ ilə bağlı əsaslar sadalayaraq vəsatət qaldırıb:

“Arif Rəhimov şirkətin rəhbəri olub. Formula 1 elə-belə yarış deyil. Yarışın təşkili üçün 150 milyon pul ayrılır.  Belə olan halda rəhbər kimi dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi. Gəlsin hakim qarşısında cavab versin”-,Çingiz Mehdiyevin vəkili Araz Hüseynli  deyib.

Prokuror Orxan Səmədov vəsatətin təmin edilməsinə etiraz etməyib: “Hesab edirəm ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı nə isə qanunsuzluq olsaydı istintaq vaxtı buna qiymət verilərdi. Amma sırf münasibətlərin aydınlaşdırılması üçün Arif Rəhimovun əlavə şahid kimi dindirilməsinə narazı deyilik”.

Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər vəsatəti hələ ki baxılmamış saxlayıb. Qarşıdakı iclaslarda bununla bağlı qərar veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizatçısı Zaur Məlikaslanov və  Çingiz Mehdiyevin müavini olmuş və hazırda Amerikada yaşayan Urfan Tağızadə bu iş üzrə şahid qismində tanınsalar da məhkəməyə gəlmirlər. Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Qərarın icrası polisə həvalə edilib.

Daha sonra müdafiə tərəfi əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmədən xahiş edib. Vəsatətdə deyilir ki, 2015-2020-ci illərdə  Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Amma həmin hesabat təqsirləndirilən şəxsə verilmir.

Vəkil məhkəmədən həmin hesabatın onlara  təqdim olunmasında köməklik göstərilməsini istəyib. Hakim bu məsələyə də  növbəti proseslərdə baxılacağını deyib.

Prosesin davamında sənədlərin tədqiqi başlayıb, təqsirləndirilən şəxs müxtəlif epizodlar üzrə sorğu-sual edilib.

Prokuror ondan Amerikaya köçdükdən sonra nəyə görə adını dəyişdiyini soruşub. Ç.Mehdiyev adını  2006-cı ildə şəxsi səbəbdən adını dəyişdiyini, bu işə aidiyyəti olmadığını deyib.

Növbəti iclas 16 dekabra təyin edilib.

Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkilinə ayrılmış 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Mehdiyev həbsdə deyil. Onun haqda məhkəmənin sonuna kimi “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər