Bu gün, 16 aprel saat 09:00-dan, sabah saat 20:00-dək Azadlıq prospektində təmir işləri aparılacaq. Bu haqda bu gün, Bakuplus.az APA-ya istinadən məlumat verir.
Həmin müddət prospektin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Şamil Əzizbəyov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmək tövsiyə olunur.