Bakının Nəsimi rayonunda əsaslı təmir işləri aparılır. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Nəsib bəy Yusifbəyli küçəsi boyunca su xətləri və yeni kanalizasiya xətləri çəkilir.
Həmçinin Azadlıq prospektinin Süleyman Rəhimov küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər yolun əsaslı təmir-bərpa işləri başa çatıb.
Daha öncə məlum olub ki, bu gün, 16 aprel saat 09:00-dan, sabah saat 20:00-dək Azadlıq prospektində təmir işləri aparılacaq. Həmin müddət prospektin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən Şamil Əzizbəyov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
[URIS id=40960]