AZAL bu gündən etibarən Bakı-Naxçıvan-Bakı istiqamətləri üzrə yerlərdəki aviakassalarda bilet satışını dayandırıb. Bu haqda 17 iyun tarixində Bizim.Media məlumat verib.
AZAL Naxçıvan istiqamətində aviabiletləri bundan sonra ancaq onlayn rejimdə satacaq.
Bundan əvvəl Bakı-Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletlərin qiyməti 10 manat qalxmışdır. Belə ki, qiymət Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat olaraq təyin edilmişdir. 18 yaşadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə 10 manat məbləğində endirim tətbiq olunmuşdur.