Aktyor Azər Baxşəliyev ölümdən xilas edilib.
Bu barədə Bakuplus.az-a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanmışdı: "Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".
***
Aktyor Azər Baxşəliyev vəfat edib.
Bakuplus.az xəbər verir ki, koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor orada dünyasını dəyişib.
Aktyor böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox "Ağsaqqal" obrazı ilə sevilib.