top
Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd qazanıb
09 yanvar 2025, 00:27
- ↺ +

Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd qazanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beynəlxalq Kimya Olimpiadası üzrə qızıl medalçı Ramil Babazadə Böyük Britaniyanın nüfuzlu Qlazqo Universitetində rəqəmsal kimya ixtisası üzrə doktorantura təhsili alacaq.

Bakuplus.az xəbər verir ki, illik 100 min manat dəyərində 4 il müddətində tam təqaüd qazanan gəncin təhsil haqqı xərcləri də buraya daxildir.

Ramil Babazadənin tədqiqatı laboratoriyaların avtomatlaşdırılması çərçivəsində süni intellektin kimyaya tətbiqi istiqamətindədir. Məqsəd qabaqcıl avadanlıqlarla təchiz olunan və süni intellekt alqoritmləri tərəfindən idarə olunan eksperimental platform quraraq verilmiş hədəfə nail olmaq üçün lazımi prosesləri insan müdaxiləsi olmadan icra etməkdir. Avtomat laboratoriyaların əsas təsiri tədqiqatın sürətləndirilməsidir ki, bu da yeni birləşmələrin və materialların hazırlanma yollarını ənənəvi metodlarla müqayisədə 10-1000 dəfə daha sürətli tapmağa imkan verir. Bu sürətlənmə həm akademiyada, həm də sənayedə tədqiqat üçün tələb olunan vaxtın, xərclərin, resursların və tullantıların əhəmiyyətli dərəcədə azalması deməkdir.

Ramil Babazadənin elmi rəhbəri professor Lee Cronin dünyanın ən böyük çoxsahəli kimya tədqiqat qruplarından birinə rəhbərlik edir. O, tədqiqatları üçün 35 milyon dollardan çox qrant cəlb edib, 350-dən çox elmi məqalə dərc etdirib. Onun son işləri “Nature”, “Science” və “PNAS” kimi nüfuzlu jurnallarda yer alıb. 2013-cü ildən "Kimya üzrə Regius Professoru" titulunu daşıyır. “Regius Professor" termini Böyük Britaniyada Kral tərəfindən təsis edilən xüsusi akademik titul deməkdir. Bu, çox prestijli bir tituldur, yalnız çox tanınmış və yüksək nailiyyətləri olan elm adamlarına verilir. Professor Cronin həmçinin “Chemify” şirkətinin təsisçisi və icraçı direktorudur. Professor Cronin və komandası süni həyat formaları yaratmağa, kimyanı rəqəmsallaşdırmağa, kimyəvi kompüterlər qurmağa çalışır.

Qeyd edək ki, Ramil Babazadə Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitutunda bakalavr təhsili (2018-2022), kimya və kompüter elmləri üzrə, yüksək qiymətlərlə və “cum laude” fərqlənməsi ilə bitirib.  Süni intellekt kimyası üzrə tədqiqat aparıb, nüfuzlu “Nature” jurnalında iki məqalə dərc etdirib.

Xatırladaq ki, Ramil Babazadə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal, yerli və beynəlxalq olimpiadalarda medallar qazanıb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər