top
“Azəriqaz”dan 132 manat borc yazıldığını iddia edən vətəndaşa CAVAB
04 yanvar 2025, 02:04
- +

“Azəriqaz”dan 132 manat borc yazıldığını iddia edən vətəndaşa CAVAB

Şair, yazıçı Murad Köhnəqala qaz istehlakına görə artıq borc yazılmasından şikayətçidir.

Bakuplus.az xəbər verir ki, o, sosial mediada etdiyi paylaşımda iki gün üçün 132 manat borc yazıldığını bildirib.

O deyib ki, yanvarın 1-də qaz üçün 50 manat ödəniş edib, 20 manat borcu qalıb: “Çekdə də göstərilib. Yanvarın 3-də 152 manatlıq borc yazılan çeki veriblər. Mənim yanvarın 1-i 20 manat borcum var idisə, belə çıxır ki, iki günə 132 manatlıq qaz yandırmışam? Əlavə bu pul niyə yazılır?"

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev saytımıza açıqlamasında bildirib ki, iki gün ərzində 132 manat borcun yazılması mümkünsüzdür: “Həmin borc yanvarın ilk günlərində olan yox, ötən ilin noyabr və dekabr ayları ərzində həmin istehlakçı tərəfindən sərf olunan qazın həcmindən yaranan debitor borcdur. Həmin şəxsə noyabr ayı üzrə sərf olunan qaz həcminə görə çek verilib, abonentin növbəti ildən limitini sərf etməməsi üçün ona dekabr ayında isə iki dəfə çek verilib”.

Eldəniz Vəliyev bildirib ki, ödəniləcək məbləğin ötən ilin sonunadək və ya növbəti ilin limitindən istifadə edərək ödənilməsi vətəndaşın özündən asılıdır.

Son xəbərlər

Xəbər
Bu gün, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Xəbər
Dünən, 21:59

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Xəbər
Dünən, 20:58

Xətaidə pivə zavodundan Xəzərə çirkab su axıdılır? – Araşdırma başladı + YENİLƏNİB

Xəbər
Dünən, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Dünən, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Dünən, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Dünən, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Dünən, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Dünən, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Dünən, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Dünən, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
08 sentyabr 2026, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
08 sentyabr 2026, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
08 sentyabr 2026, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
08 sentyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 sentyabr 2026, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
08 sentyabr 2026, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
08 sentyabr 2026, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
08 sentyabr 2026, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Oxşar xəbərlər