“Formula-1” Azərbaycan Qran Prisi üçün biletlərin əksəriyyəti satılıb. Bu haqda bu gün, 3 iyun tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) milli mətbuat katibi Turab Teymurov məlumat verib.
Filarmoniyanın tribunasına biletlərin hamısı satılıb, digər tribunalarda isə çox az sayda yer qalıb. Biletlərin 60%-i əcnəbilərə, 40%-i isə yerlilərə satılır. İlk üçlüyə hazırda Böyük Britaniya, ABŞ və Azərbaycan daxildir. İlk onluqda Skandinaviya ölkələri üstünlük təşkil edir. İspaniya, Fransa və digər Avropa ölkələrindən olan azarkeşlər də aktivdir.
“Formula 1” Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçiriləcək.