"Büllur" klinikası MMC-yə cərimə protokolu yazılıb. Bu haqda 25 aprel tarixində Sonxeber.az xəbər verib.
Klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə cərimələnib. Tərtib edilmiş protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
"Büllur" klinikası Bakıda və regionlarda fəaliyyət göstərən özəl klinikalardan biridir.