Yaxın vaxtlarda Bakının Dənizkənarı Milli Bulvarında yeni attraksionlar quraşdırılacaq. Bu baradə Baku.ws Dənizkənarı Bulvar İdarəsinin rəsmisi Könül İmamverdiyevaya istinadən məlumat verib.
İmamverdiyeva bildirib ki, əvvəlki attraksionlar istismar müddəti bitdiyi üçün yığışdırılıb.
O, həmçinin qeyd edib ki, yeni attraksionların cəlb edilməsi üçün investorlarla danışıqlar aparılır.