Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 29 aprel tarixində xəbər verir.
Tədbirdə İctimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, valideynlər və işəgötürənlər iştirak ediblər, onlara tələbələr üçün mərkəzdə yaradılan imkanlar, tədris olunan ixtisaslar və peşə təhsili müəssisəsinin digər imkanları haqqında ətraflı məlumat verilib.
Qonaqlar mərkəzin emalatxanalarında tədris prosesini izləyib, mövcud avadanlıq və xidmətlərlə tanış olublar.
Sonda ümumtəhsil məktəblərinin şagirdlərinə və qonaqlara mərkəz tərəfindən xatirə hədiyyələri təqdim edilib.
“Açıq qapı” günü “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub.