Bakı Dövlət Sirkində rəhbərlik dəyişib. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Sirkin direktoru Elmir Hüseynov öz ərizəsi ilə 1 iyun tarixindən tutduğu vəzifədən azad olunub. Onun yerinə müvəqqəti olaraq direktor müavini Nahid Ağayev təyin edilib.
Elmir Hüseynov 2021-ci ilin mart ayından sözügedən vəzifədə çalışırdı.