Vətəndaşlardan daxil olan müraciətlər əsasında fəaliyyəti təhlil edilmiş, sərnişindaşımaların işində nöqsanlar aşkar edilən daha 10 müntəzəm marşrut xətti üzrə müsabiqə elan edilib. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az məlumat verir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, müsabiqəyə 33, 50, 57, 77, 93, 104, 139, 149, 206 və 214 nömrəli müntəzəm marşrut xətləri çıxarılıb.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.