Bakının Nəsimi rayonunda, 47 saylı orta məktəbin yaxınlığında yüzdən çox zeytun ağacı qurumaq üzrədir. Bu haqda bu gün, 6 avqust tarixində EcoKönüllü öz Facebook səhifəsində məlumat verib.
Verilən məlumata əsasən, ağaclar su verilmədiyinə görə quruyur.
Yay aylarında suvarmanın olmaması yerli sakinləri narahat edir. Onlar aidiyyəti qurumlardan yaşıllıqların xilası üçün təcili tədbirlər görmələrini xahiş edirlər.
[caption id="attachment_56532" align="alignnone" width="800"]
Foto EcoKönüllü Facebook səhifəsi[/caption]