Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlayıb. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az AQTA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Reydlər Binəqədi və Xətai rayonlarında keçirilib. Obyektlərdə bir müddət əvvəl sökülmüş və yenidən quraşdırılmış qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 12 obyektdə görülüb.