Sərxoş vəziyyətdə 12 yaşlı uşağın ölümünə səbəb olan sürücü barəsində qərar verilib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 5 may tarixində xəbər verir.
Hakim Əhməd Quliyevin sədrlik etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Anar Hacaliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmiş azyaşlının anası hökm ilə razılaşmayıb. O, təqsirləndirilən şəxsin avtomobili qəsdən oğlunun üstünə sürdüyünü iddia edib.