Bakıda mənşəyi məlum olmayan ət aşkarlanıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 9 may tarixində xəbər verir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər çərçivəsində mayın 8-də saat 14:00 radələrində Yasamal rayonu ərazisində Tərtər rayon sakini Elgiz Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib. Oradan 120 kiloqram çəkidə mənşəyi məlum olmayan ət məhsulu aşkar edilib.
Polis əməkdaşları tərəfindən akt tərtib olunub və sürücü avtomobillə birgə Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib.