Bakıda daha bir yeniyetmə qız itkin düşüb. Bu haqda BakuPlus.az Report<-a istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Paytaxt sakini S.İsayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək qızı - 15 yaşlı Xanım Bayramovanın itkin düşdüyü barədə məlumat verib.
Onu görən və ya yeri barədə məlumatı olan şəxslərdən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Əlaqə nömrələri: +994 12-440-02-02,
+994 55-805-93-93
Yenilənib: 16:25
Bu gün itkin düşməsi barədə məlumat verdiyimiz yeniyetmə qız artıq tapılıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, 15 yaşlı Xanım Bayramova tapılıb.