Bakı Şəhər İcra Hakimiyyəti 3,8 milyon manatlıq abadlıq işləri aparacaq. Bu haqda 7 iyun tarixində Report məlumat verib.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC elan etdiyi 3 açıq tenderə yekun vurub. Tenderlərin qalibi "Xezer-Construction", "Create Company" MMC-lər və "Cronos" Mənzil-Tikinti Kooperativi olub. Onlara müvafiq olaraq 2 milyon 510,7 min manat, 285,6 min manat və 980,9 min manat, ümumilikdə isə 3 milyon 777,2 min manat ödəniləcək.
Qalib olan şirkətlər paytaxtda məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin, eləcə də Dövlət Mənzil Fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının, inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satın alınmasını təmin edəcəklər.