Bakıda daha bir müəllim COVID-19-dan vəfat edib. Bu haqda 20 noyabr tarixində Qafqazinfo.az xəbər verib.
Nəsimi rayonu, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbində informatika müəllimi işləyən 57 yaşlı Zahidə Həsənova koronavirusdan dünyasını dəyişib. Məlum olub ki o, bir müddət əvvəl koronavirusa yoluxmuşdu və müalicə alırdı.
Zahidə Həsənova Bakı Dövlət Universitetinin məzunu olub.