Bu gün, 11 may tarixində hava şəraitinin yağışlı olması ilə bağlı Bakının mərkəzi küçələrində sıxlıq müşahidə olunur. Bu haqda Bakuplus.az Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinə istinadən məlumat verir.
Hazırda bir sıra küçələrdə tıxac müşahidə olunur:
- Bakı-Sumqayıt şosesi - Avtovağzal - Mərkəz istiqamətində;
- Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti (Tunel) istiqamətində;
- Ziya Bünyadov prospekti - “20 Yanvar” dairəsi istiqamətində;
- Mikayıl Useynov prospekti - Azneft dairəsi istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi - Mərkəz istiqamətində;
- Yusif Səfərov küçəsi - Hər iki istiqamətdə;
- Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində;
- Heydər Əliyev prospekti - “Koroğlu” metro stansiyasının yanı - Əsas və kənar yol - Mərkəz istiqamətində hərəkətin sıx olduğu bildirilir.