Bakının Nəsimi rayonunda Zəfər günü münasibətilə Zəfər bağının açılışı baş tutub. Parkın ümumi sahəsi 1 hektar olan ərazi adablaşdırılıb və istifadəyə verilib. Bu haqda Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Parkın tamet örtüyü döşənib, işıqlandırma sistemi dəyişilib, yaşıllıqlar bərpa edilərək yeni ağaclarla və gül-çiçəklə əlavə edilib. Parkın mərkəzində şəhidlərə həsr olunmuş xatirə kompleksi quraşdırılıb.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri – Qiyas Zeynalov, Ceyhun Kərimov, Səxavət Əliyev, Balakişi Səfərov, Alimə Cəfərova və Yuliya Solntseva iştirak ediblər.
[URIS id=13084]