Sabunçu rayonu Maştağa qəsəbəsində 3 küçədən ATS-ə məxsus 1 423 metr uzunluğunda yeraltı kabeli oğurlayan şəxslər Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aşkar olunaraq saxlanılıb. Bu haqda Report bu gün, 3 noyabr tarixində məlumat yayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Daşdəmirov müəyyən edilərək saxlanılıb. Ondan və Bakı şəhər sakini V.Atakişiyevdən rayon telefon qovşağına məxsus 800 metr rabitə kabelinin oğurlanması müəyyən edilib.
Hər iki şəxs müəyyən edilərək saxlnılıb. Araşdırmalar davam etdirilir.