Avtovağzaldan kənarda regionlara sərnişin daşınmasının qarşısı alınacaq. Bu haqda bu gün, 29 aprel tarixində Report rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətova istinadən məlumat verib.
Avtovağzallardan kənarda qeyri-qanuni xidmət göstərilən yerlərin müəyyən edilməsi və onların fəaliyyətinin qarşısının alınması üçün aidiyyəti strukturlara müraciət edilməsi nəzərdə tutulub.
"Təəssüf ki, Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq, hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələrinin şəhərin digər nöqtələrində toplaşması halları var. Bu problemin aradan qaldırılması üçün işlər aparılır", - R.Hümmətov deyə bildirib.