Şəhərin mərkəzində avtoxuliqanlıq edən sürücü cəzalandırılıb. Bu haqda 2 fevral tarixində Oxu.az məlumat verib.
Nəsimi rayonunda cəmiyyətə açıq hörmətsizlik edən sürücünün məhkəməsi olub. “Hyundai” markalı 77-PD-568 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əhəd Niyazov İnzibati Xətalar Məcəlləsinin “Yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə” maddəsinə əsasən sürücü barəsində 500 manat cərimə və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərarı alınıb.