Bakıda bağçalara növbəyə yazılma prosesi başlayıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Məktəbəqədər təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra 1 sentyabr tarixindən etibarən tədrisə başlaya bilərlər.
Boş yerlərə qəbul isə il ərzində aparılır. Bağçalara onlayn qeydiyyat 16 iyul tarixindən edibarən www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə başlayıb.