Bakıda həbsdə olanı çıxarmaq üçün pul götürən şəxs özü həbs olundu. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Habil Məmmədov tanışının həbsdə olan qardaşını əfv siyahısına sala biləcəyini deyərək 3000 manat istəyib.
O, müxətlif vaxtlarda həbsdə olan şəxsin atasından 2500 manat alaraq oğlunun Novruz bayramında azadlığa çıxacağını vəd edib.
“Oğlumun vasitəsilə tanış olduq. Onlar daim birlikdə çörək kəsiblər. 20 mart tarixində ailəlikcə yığılıb 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısına getdik. Kənanın həbsdən çıxmasını gözlədik, ancaq onu buraxmadılar. Daha sonra Habildən pulumuzu tələb etdik. O da hər dəfə pulu verəcəyini deyib, vermədi”, - deyə həbsdə olan şəxsin atası Arif Məlikov bildirib.
Habil Məmmədov 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.