Bakıda, Azərbaycan Dillər Universitetində “Bollivud rəqsləri və mahnıları” adlı konsert keçirilib. Tədbir Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Bu haqda məlumat səfirliyin Facebook səhifəsində 31 may tarixində yayılıb.
Ön sözü ilə çıxış edən Hindistan səfiri Bavitlunq Vanlalvavna universitetə göstərdiyi dəstəyə və mükəmməl çıxışlarına görə bütün sənətçilərə təşəkkürünü bildirib.
Tədbirdə universitetin prorektoru Novruz Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Rəhimov və başqaları iştirak ediblər.