Paytaxtın bəzi küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub. Bu haqda BakuPlus.az bu gün, 9 may tarixində xəbər verir.
Neftçilər prospektinin Azneft dairəsindən "Abşeron Marriott" hotelinədək (Neftçilər prospekti və Puşkin küçəsinin kəsişməsi) hissəsində hərəkət məhdudlaşdırılıb.
Məhdudiyyət "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar həyata keçirilib.