Bakıda daha bir şəhidin xatirəsi əbədiləşdirib. Bu haqda BakuPlus Real tv-ə istinadən 1 noyabr tarixində xəbər verir.
44 günlük Vətən müharibəsinin şəhidi Nazim Zahirovun xatirəsi yaşadığı, böyüdüyü və buradan da vətən keşiyinə yollandığı Bakıxanov qəsəbəsində əbədiləşdirilib.
Bulağın ətrafına toplaşan ailə üzvləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid anaları və digərləri dövlət himnini dinləyərək, Nazimin timsalında bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Çıxış edənlər sanki Nazimin qəhramanlığını, vətənə sevgisini nəzmə çəkir, igidliyindən qürurla bəhs ediblər.
Nazim Zahirov 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.