20 noyabr tarixində Bakıda "Zəfərdən yüksəlişə" adlı tədbir baş tutacaq. Tədbir Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə saat 11:00-da keçiriləcək.
Suraxanı Gənclər Evində millət vəkilləri Etibar Əliyev və Vüqar İskəndərovun gənclərlə səmimi görüşü təşkil olunacaq.
Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyatdan keçmək üçün təşkilatın İnstagram səhifəsindəki paylaşımın rəy bölməsində “+” yazmaq kifayətdir.