Ötən gün Bakının Nəsimi rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidmətinin təşkilatçılığı ilə şərti yanğınsöndürmə tədbiri keçirilib. Bu haqda Apa xəbər verib.
Təlim Vladislav Plotnikov, Mirəli Qaşqay, Eldar Tağızadə və Ceyhun Hacıbəyli küçələrinin əhatə etdiyi "Afcom” yaşayış kompleksində keçirilib.
Təlimin əsas məqsədi həyətlərdə nizamsız halda park edilən avtomobillərin xüsusi texnikalara yaratdığı məhdudiyyətləri göstərmək olub.
FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımovun sözlərinə görə, bu növ təlimlər eyni zamanda Bakının inzibati rayonları ilə yanaşı ölkə ərazisində də keçirilir.
Rəis müavini sakinlərə müraciət edərək onları birlikdə müzakirə aparmağa və avtomobillərin parkinq edilməsində öz aralarında razılığa gəlməyə çağırıb.
Daha sonra şərti yanğın həyəcan siqnalı verilib. Hadisə yerinə gələn yanğınsöndürmə avtomobilinin ünvana daxil olmaqda çətinlik çəkdiyi əyani şəkildə göstərilib.