Bakıda və Abşeron rayonunda 4-5 iyun tarixlərində “Kənddən şəhərə” həftəsonu yarmarkaları keçiriləcək. Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilir. Bu barədə Bakuplus.az nazirliyə istinadən xəbər verir.
Yarmarkalarda ümumilikdə 45 rayondan 100-ə yaxın fermer iştirak edəcək. Satışa 80-ə yaxın kənd təsərrüfatı məhsulu çıxarılacaq.
Yarmarkalar aşağıdakı ünvanlarda keçiriləcək:
- Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 5 (Gənclik metrosunun çıxışı),
- Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqlab” kinoteatrının yanı),
- Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.