Bakıda 21.400 manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb. Bu haqda 25 iyun tarixində APA məlumat verib.
Bakı Apellyasiya Məhkəməsində Cinayət Məcəlləsinin “Dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilən Günay Əkbərova (ad şərti) barəsindəki hökm ilə bağlı edilmiş şikayətə baxılıb. Keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. O, dəymiş ziyanın böyük hissəsini ödədiyinə görə, həmçinin yaşı nəzərə alınaraq, cinayət işinin icraatına xitam verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Günay Əkbərova 2 nəfərə sənədsiz torpaqlarına sənəd düzəltmək üçün vəd verərək onlardan 21.400 manat pul alaraq mənimsəmişdir.