Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 18 iyun tarixində Caliber.az məlumat verib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları M.Məhərrəmovanın azərbaycanlı qadınları aldadaraq Türkiyənin Balakəşir şəhərinə gətirərək cinsi istismara məruz qoymasını müəyyən edib.
Məhkəmənin hökmü ilə qadın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “İnsan alveri” maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.