Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
27 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhərdən arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 28-32° isti olacaq.
Bundan əlavə, 27 iyul səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq, arabir 20.8-28.4 m/san təşkil edəcək.