Bakıda və Abşeron rayonunda 18-19 iyun tarixlərində “Kənddən şəhərə” həftəsonu yarmarkaları keçiriləcək. Bu barədə 16 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarkalarda ümumilikdə 45 rayondan 100-ə yaxın fermer iştirak edəcək. Satışa 90-a yaxın kənd təsərrüfatı məhsulu çıxarılacaq.
Yarmarkalar aşağıdakı ünvanlarda keçiriləcək:
- Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 5 (Gənclik metrosunun çıxışı);
- Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı);
- Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.