Bakıda hədə-qorxu yolu ilə pul mənimsəyən şəxs saxlanılıb. Bu haqda 30 oktyabr tarixində Report xəbər verib.
Bakı şəhər sakini G.Aslanova tanışı tərəfindən hədə-qorxuya məruz qalıb. Suraxanı polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əsədov saxlanılıb. Məlum olub ki, Əsədov Aslanovaya hədə-qorxu gələrək ondan 2700 manat pul alıb.
Faktla bağlı araşdırma davam edir.