Paytaxtın Nəsimi rayonu, “20 yanvar” dairəsi yaxınlığında jurnalist və satıcılar arasında insident yaşanıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Azad Azərbaycan Teleradio Yayım Şirkətinin əməkdaşları sözügedən ərazidə satıcıların antisanitar şəraitdə alver etdikləri barədə çəkiliş aparıblar. Bu zaman onların arasında mübahisə baş verib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.