Paytaxt məktəblərinə 16 milyon manata yaxın vəsait ayrılıb. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir.
Bakı şəhərində və onun qəsəbələrində yerləşən orta ümumtəhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün 15,6 milyon manat ayrılıb.
Məbləğ cari ilin xərcləri üçün nəzərdə tutulub.